Sabaha olan hava proqnozu

Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 9-11°, gündüz 15-18°, Bakıda gecə 9-11°, gündüz 15-17° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12°, gündüz 15-19°, dağlarda gecə 1-6°, gündüz 8-13° isti olacağı gözlənilir.
You must log in to post a comment.