2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sabaha olan hava proqnozu:Yeni ilin ilk günündə Bakıya yağış, rayonlara qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var.

Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturunun gecə 3-5° isti, gündüz  7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz  7-9° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət  gecə 80-90%, gündüz 60-65 % təşkil edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 1-də arabir yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.    (APA)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button