Now Reading:
Sabahdan 15 ölkənin vətəndaşlarına hava limanlarında viza verilməsinə başlanılır

Sabahdan etibarən 15 dövlətin vətəndaşları Azərbaycanın hava limanlarında “ASAN Viza” sistemi ilə viza ala biləcəklər.

APA-nın xəbərinə görə, bu yenilikdən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur, Türkiyə, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları faydalana biləcək.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından “ASAN Viza” sistemi vasitəsilə əcnəbilərə 3 saat ərzində elektron vizalar verilir və bunun müqabilində 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır. Bu ilin mayına kimi 420 minə yaxın əcnəbiyə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.