2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sabahdan Bakı üzrə məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına növbəti tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayır.
24saat.org “Report”a istinadən xəbər verir ki, sentyabrın 18-nə qədər davam edəcək qeydiyyatda ərizələrin qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva bildirib ki, məktəblərdə sənəd qəbulu isə avqustun 1-dən sentyabrın sonuna qədər olacaq.

O qeyd edib ki, növbəti tədris ilində BŞTİ-nin tabeliyində 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək:

Saytların yığılması Saytlarin yigilmasi

“Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq”.

İdarə rəsmisi onu da əlavə edib ki, yeni tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır: “Yeni tədris ilində məktəbəhazırlıq qruplarına ümumilikdə 25 mindən çox uşağın cəlb olunması nəzərdə tutulur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button