2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Sabahdan icra başçılarının cəza və mükafatlandırma mərasimi başlayır – Referendum Siratı

 

Kiminin  başına tumar çəkiləcək, kimi başından olacaq…

Sabahdan etibarən icra başçıları və bələdiyyə sədrlərinin cəzalnandırma və mükafatlandıra mərasiminə start veriləcək. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, məlum məmur təbəqəsinin cəzalandırılması və mükafatlandırılması əsasən iki göstəriciyə əsasən həyata keçiriləcək. Əsas qiymətləndirmə meyarı kimi seçicilərin aktivlik səviyyəsi və referemdumda iştirak edən şəxslərin konstitusiya dəyişikliyinin lehinə səs vermə dərəcəsi götürülüb. Belə ki, seçici aktivliyi arzuedilən səviyyədə olmayan, habelə dəyişiklik əleyhinə səs verənlərin çoxluğu ilə diqqət çəkən rayonların icra başçıları mərkəzi hakimiyyət tərəfindən sərt şəkildə cəzalandırılacaq. Cəzalandırılan “səriştəsiz” icra başçıları arasında bəzi şəxslərin vəzifədən azad ediləcəyi də istisna edilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbənin sözlərinə görə, kənd və qəsəbələrin bələdiyyə sədrləri də referendumun nəticəsinə görə cavab verməli olacaq. İcra başçıları ilə yanaşı, bəzi bələdiyyə sədrlərinin də referendum adlı Siratdan necə keçəcəyini bu günün nəticələri həll edəcək.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button