2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Sabahdan vətəndaşlara bulvara giriş qadağandır

Bakıda keçiriləcək “Formula 1” yarışları ilə əlaqədar olaraq Dənizkənarı Milli Park ərazisinin bir hissəsinə giriş qadağan olunacaq. Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov APA-ya bildirib ki, Dənizkənarı Milli Parkın “köhnə bulvar” olan hissəsi bağlanacaq.

Onun sözlərinə görə, bu il də keçən il olduğu kimi Neftçilər prospekti boyunca olan bulvar hissəsi şəhər sakinləri, yarışa bileti olmayanlar və qonaqlar üçün bağlı olacaq. N.Məcidov qeyd edib ki, yarış günlərində “Azneft meydanı”ndan Dəniz Vağzalına qədər olan bulvar ərazisi bağlanacaq:

Saytların yığılması Saytlarin yigilmasi

“Həmin əraziyə yalnız xüsusi buraxılışı olan insanlar daxil ola biləcək. Yarışlar bilet alan insanlar da həmin günlərdə bulvar ərazisinə daxil ola biləcək. Çünki biletlərin özü buraxılış hesab olunur. Onlar həmin ərazilərdə həm əylənə, həm dincələ, həm də yarışları izləyə biləcəklər”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button