Now Reading:
Sabahın hava proqnozu

Aprelin 15-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin aprelin 14-dən 15-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli

yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında müalyim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-12° isti, gündüz 16-20° isti,
Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Tibbi- meteoroloji proqnoz
Aprelin 17-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas
insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti,
dağlarda gecə 1°şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.