2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Sabahın hava PROQNOZU – 43 dərəcə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 22-27° isti, gündüz 34-39° isti olacağı gözlənilir. Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 752 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.
İyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

Sabah Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-40°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button