24saat.org Sabiq daxili işlər nazirinin qardaşına adam oğurluğunda ittihamı - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Sabiq daxili işlər nazirinin qardaşına adam oğurluğunda ittihamı

Əvəz Əhmədov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisini girov saxlamaqda ittiham edilir

Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

24saat.org Bizimyol.info saytına istinadən xəbər verir ki, Əvəz Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham edilir.

İttiham aktına əsasən, Ə.Əhmədov iki nəfərdən – Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

2016-cı ildə H.Əskərovun Ə.Əhmədova borcu olub. Ə.Əhmədov da faizlə borcunu geri almaq məqsədi ilə onun ofisə gəlib, girov saxlayıb. Daha sonra Ə.Əhmədov H.Əskərovun qohumu R.Tahirova zəng edib, ondan hədə-qorxu ilə 140 min dollar pul tələb edib.

H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci ilin dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.
H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb. H.Əskərov R.Tahirovun arvadının qohumudur.

Bizimyol.info xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş Rəşad Tahirov 140 min manatlıq mülki iddia qaldırıb. O, Ə.Əvəzovdan ona dəyən ziyanın ödəməsini tələb edib.

Məhkəmədə Ə.Əhmədovun vəkilləri vəsatət qaldırıblar. Onlar cinayət işinə xitam verilməsini və Ə.Əhmədovun ev dustaqlığına buraxılmasını xahiş ediblər.

Vəsatətlər təmin olunmayıb. Baxış iclası dekabrın 19-na təyin edilib.

Ə.Əmədov bir neçə dövlət orqanında çalışıb.

Onun qardaşı Əhməd Əhmədov 17 il Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri vəzifəsində çalışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 iyul tarixli sərəncamı ilə Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

Ə.Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilmişdi.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.