2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Sabiq deputat torpağımı zəbt edib” – FOTOLAR

Beyləqan sakini: “Ayaz Orucov özü üçün tikdirdiyi imarətin həyətini genişləndirmək məqsədilə bizim torpağı da zorla əlimizdən alaraq, qəsrinin həyətinə qatıb”

“Beyləqan rayonunun keçmiş deputatı Ayaz Orucov Beyləqan şəhərinin mərkəzində yerləşən,qanuni sənədlərlə bizim ailəmizə məxsus olan 20 sot torpaq sahəmizi zorla əlimizdən alıb mənimsəmək istəyir”.

Bunu 24.saat.org saytana göndərdiyi şikayət məktubunda Beyləqan rayonu Əlinəzərli kənd sakini Əliyev Ruhid Məhəmməd oğlu deyib.
O məktub vasitəsilə Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya və aidiyyati orqanlara müraciət edərək, hüquqlarının bərpa edilməsini istəyir. R.Əliyev biildirir ki, Ayaz Orucovun özbaşınalıqları haqqında aidiyyəti üzrə orqanlara şikayət etsə də, sabiq deputaın yüksək vəzifəli bəzi dostlarının sayəsində hələdə hüququ bərpa olunmur.

Şikayəçinin sözlərinə görə, Ayaz Orucov 2014-cü ildə – Beyləqanda deputat olarkən – rəhbərlik etdiyi “Hidromaş” şirkətinin vasitəsilə güya Beyləqan rayonunda musiqi məktəbi tikəcəyi adı ilə Beyləqan İcra Hakimiyyətinin ayırdığı təxminən bir hektara yaxın torpaq sahəsini özününküləşdirib. Həmin ərazidə özünə imarət tikdirib: “Ayaz Orucovun dövlətdən oğurladığı torpaq bizim ərazimizlə yaxındır. Dövlətdən oğurladığı torpaq səhsində özü üçün tikdirdiyi imarətin həyətini genişləndirmək məqsədilə bizim ailəmizə məxsus olan torpağı da zorla əlimizdən alaraq, qəsrinin həyətinə qatmışdır. Bizə məxsus torpaq sahəsi atamdan miras qalıb və Dövlət Reyester xidmətində adımıza qeydiyyatdadır. O vaxtdan bütün yerli və mərkəzi hüquq mühafizə orqanlarına, icra aparatlarına şikayətlə müraciət etsək də, heç bir bir nəticə verməyib”.
R.Əliyev əlavə edir ki, onun konstitusion hüquqları pozulub:

Saytların yığılması Saytlarin yigilmasi

“Qaanunvericiliyinə görə, ölkəmizdə insan haqları və vətəndaşlarımızın mülkiyyət hüquqları dövlətimiz tərəfindən mütləq qorunur. Biz də Azərbaycan Respublikasının vətəndaşı olduğumuza görə sizdən bizim qanuni haqqımızın, mülki hüququmuzun bərpa olunmasında Azərbaycan qanunvericiliyinə uyğun olaraq, Mülki Məcəllənin 151.1-ci, Konstitusiyanın 29-cu maddələrini rəhbər tutaraq bizə köməklik etmənizi sizdən xahiş edirik. Mülki məcəllənin 151.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək dövlət tərəfindən tanınan və dövlət tərəfindən qorunan hüquqdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində öz əksini tapıb. Mülkiyyət hüququ mülkiyyətçinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək ona dair sərəncam verməyi dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Cinayət Məcəlləsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama və ya torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət məsuliyyəti yaradır” – deyən R.Əliyev konstitusion hüquqlarının bərpası və günahkarın cəzalanması üün müvafiq addımların atılmasını xahiş edir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button