2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sabiq icra başçısının işinə yenidən baxılacaq

Bakı Apellyasiya Məhkəməsində Qobustan rayon İcra Hakimiyyətinin sabiq başçısı Rafiq Alışovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, məhkəmədə qərar elan olunub. Qərara görə, iş birinci instansiya məhkəməsinə qaytarılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R. Alışov isə apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320 (sənədləri saxtalaşdırma) maddələri üzrə ittiham olunub.

R.Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button