2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sabiq MTN-çilərin mühacirətdəki qohumları geri qayıdır – SAVAŞA START…

Sabiq MTN rəhbərliyində təmsil olunan şəxslərin məlum MTN olaylarından sonra həbs təhlükəsindən yayınmaq üçün xaricə ölkələrə qaçan qohumları Azərbaycana geri qayıtmaqdadır.

Bu barədəModerator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, buna səbəb “MTN işi” çərçiəsində həyata keçirilən həbslərin genişləndirilməməsi, sabiq MTN-nin bir sıra başlıca simaların hələ də azadlıqda qalması, digər amil isə vaxtilə MTN rəhbərliyində təmsil olunan yaxınlarına məxsus torpaq və əmlakların ayrı-ayrı məmurlar tərəfindən zəbt edilməsi gerçəyidir.
İlkin dönəmlərdən fərqli olaraq artıq Azərbaycanda özləri üçün hər hansı təhlükə görməyən MTN-çilərin yaxınları özlərinə və qohumarına məxsus sərvətin müdafiəsini təşkil etmək üçün ölkəyə qayıtmağı vacib hesab edirlər. Onlardan bəzisi artıq tanınmış vəkillərlə müqavilələr bağlayır, hüquqi müstəvidə konkret addımlar atmağa hazırlaşır. MTN-dəki yaxınlarının qanunsuzluğuna ortaq olan, onların hesabına böyük sərvət toplayan bu şəxslər itirdiklərini geri qaytarmaq üçün bütün qanuni prosedurlardan yararlanmaq niyyətindədir. Bu səbəbdən də mənbə yaxın günlərdə məmur kontingenti daxilində pul və əmlak müharibəsinin şiddətlənəcəyini, sabiq MTN-çilərlə hazırkı məmurlar arasında qarşıdurmanın böyüyəcəyi qənaətindədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button