Now Reading:
Sabiq MTN polkovniknin və digərlərinin məhkəməsində vəkillər çıxış edib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləliyev, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizimyol.info xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı ediblər.

Təqsirləndirilən Nicat Əliyevin vəkili Günay Hacıyeva bildirib ki, müdafiə etdiyi şəxsin ittiham olunduğu 4 epizoddan 2-si üzrə cinayət işinə xitam verilməlidr. O həmin epizodlar üzrə N.Əliyevin heç bir günahı olmaması ilə əsaslandırıb və çıxışının sonunda onun barəsində ədalətli hökm çıxarılmasını istəyib.

Təqsirləndirilən Vüqar Güləliyeniv vəkili müdafiə etdiyi şəxsin uzun müddət dövlətə xidmət etdiyini, təqsirinin yalnız kiməsə yaxşılıq etmək olduğunu deyərək, şərti cəza verilməsini xahiş edib.

Qeyd edək ki, prokuror çıxışında sabiq MTN polkovniki Vüqar Güləliyevin 9 il 6 ay, N.Əliyevin 8 il 6 ay, C.İbayevin 8 il, V. Əsədovun 7 il 6 ay, A. İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dələduzluq törətmək əməli üzrə ittiham verilib. Cinayət işində çoxsaylı zərərçəkmiş var. İttihama görə, onlar Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi verərək, qadının 147 min manat pulunu ələ keçiriblər. İranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəkləri vədi ilə Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min alaraq qaytarmayıblar. Həmçinin müxtəlif işləri həll etmək adı ilə vətəndaşlardan pul alaraq mənimsəyiblər. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. V.Əsədov isə Pentensiar Xidmətini sabiq əməkdaşıdır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.