Loading...
Loading...
Cəmiyyət

Sabiq polis rəisi Rza Hacıyev şərikini gülləyib

24 saat“-ın əldə etdiyi məlumata görə, 16 dekabr 2021-ci il tarixində, axşam saatlarında Pirşağı qəsəbəsində atışma olub. Hadisə şahidlərindən birinin saytımıza verdiyi verdiyi məlumata görə, “Bədo” restoranın şərikləri olan Şirzad Quliyev və Rza Hacıyev arasında yaranan mübahisə sonda silahlı insidentlə nəticələnib.

Əldə etdiyimiz məlumata əsasən, Rza Hacıyev mübahisənin sonunda “Kalaşnikov” markalı avtomat silahdan Şirzad Quliyevin idarə etdiyi “Lexus” markalı avtomobilə atəş açıb. Nəticədə Şirzad Quliyevin yaralandığı bildirilir.

Hadisədən sonra polis əməkdaşları tərəfindən Rza Hacıyev saxlanılıb. Qeyd edək ki, Rza Hacıyevin  Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, sabiq Daxili İşlər naziri Ramil Usubovla eyni bölgədən – Xocalıdandır, qohumluq əlaqələrinin olduğu iddia olunur. O, həmçinin Milli Qəhrəman Əlif Hacıyevin qardaşıdır.

Xatırladaq ki, “Yeni Müsavat” 2014-cü ildə sabiq polis rəisi Rza Hacıyevin Türkiyədə qətl törətməsi barədə məlumat yayılması ilə bağlı xəbər yaymışdı. Saytın yazdığına görə, Antalyadakı “Mardan Palase” otelində R. Hacıyevin tanışı olduğu bildirilən 24 yaşlı Arzu Zeynalovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Məlumatda o da qeyd olunub ki, R. Hacıyevin döyərək öldürdüyü A. Zeynalova Daxili İşlər Nazirliyinin yüksək çinli əməkdaşının qızıdır.

24 saat

 

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button