2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Sabiq prezident: “Muxtariyyət hüququ referenduma çıxarılmalıdır”

Donbasın Ukrayna tərkibində geniş səlahiyyətlərlə muxtariyyət hüququ referenduma çıxarılmalıdır.

Publika.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.

“Düşünürəm ki, sülhün təmin olunması üçün ölkənin bütün regionlarında referendumun keçirilməsi ideyasını dəstəkləyəcəklər. Vəziyyətin nizama salınması üçün Donbas sakinlərinə öz ənənələri ilə yaşamağa, istənilən dildə danışmağa və istənilən musiqiyə qulaq asmağa icazə vermək lazımdır”, – Yanukoviç bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Sabiq prezident qeyd edib ki, ölkədə vəziyyətin nizama salınması haqqında təkliflərin yer aldığı məktubu dünya liderlərinə çatıb: “Mən artıq cavablar aldım ki, bütün məktublar lazımı ünvanlara çatdırılıb. Yaxşı anlayıram ki, siyasətçilərə faktların analizi üçün bir müddət vaxt lazımdır”.

Yanukoviç ümid etdiyini vurğulayıb ki, onun məktubları eşidiləcək və Ukraynanı münaqişənin həllinə yaxınlaşdıracaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button