2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sabiq rəisin anası ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində L.Əkbərovanın qayınanası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləyən Nigar Əkbərova ifadə verib.

O, zərərçəkmiş Dəyanət Məmmədovun saxta yolla Naxçıvan Dövlət Universitetində ikinci təhsil alması üçün tələbə kimi düzəldilməsindən məlumatının olmadığını bildirib. Şahidin sözlərinə görə, həmin vaxt Almaniyada olub.

Saytların yığılması Saytlarin yigilmasi

Zərərçəkmiş Anarə Məmmədovanın vəkili Vasif İsrafilov mobil operatora sorğu verərək alınan məktubu məhkəməyə təqdim edib.

Məktubda qeyd olunub ki, N.Əkbərova Almaniyada olarkən onun oğlu Mahir Əkbərovla bir neçə dəfə telefonla danışıb.

N.Əkbərova belə bir halın ola biləcəyini, amma unutduğunu söyləyib.

Daha sonra N.Əkbərova hakimin sualına cavablandırıb. O, işlədiyi dövlət qurumunda pensiyaların düzəldilməsi üçün heç bir saxta sənəd hazırlamadığını vurğulayıb.

Məhkəmənin növbəti prosesi yanvarın 18-nə təyin edilib.

Qeyd edək ki, L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, L.Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button