Now Reading:
Sabir Rüstəmxanlının siyasi məhbuslar əleyhinə sənədə imza atması təsdiqləndi

Sabir Rüstəmxanlı ictimaiyyəti aldatmağa cəhd göstərir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri S.Rüstəmxanlı deputat olan zaman Azərbaycanda siyasi məhbus olmadığı barədə Milli Məclisdə sənədə imza atdığını təkzib etsə də, 24saat.org saytının araşdırmalarından məlum olur ki, Sabir Rüstəmxanlının həmin sənəd(lər)i imzalaması hələ də Milli Məclisin və dövlət agentliklərinin saytındakı məlumatlarda qalmaqdadır. Bu barədə yazıda kifayət qədər məlumat veriləcək. Yada salaq ki, bir müddət öncə Müsavat partyasının başqan müavini Yadigar Sadıqlının istefası zamanı məlumat yayıldı ki, istefanın səbəblərindən biri də Vətəndaş Həmrəyliyi Partiyasında keçirilən tədbirdir. Yadigar Sadıqov rəhbərliyində təmsil olunduğu partiyanın VHP ilə birgə tədbir keçirməsinə etiraz edib. O hesab edib ki, parlament siyasi məhbusların cinayətkar olduğunu göstərən sənəd qəbul edən zaman VHP sədri Sabir Rüstəmxanlı da o sənədə qol çəkdiyi üçün, Müsavat Partiyası VHP ilə əməkdaşlıq etməməlidir.

Bununla bağlı müdiada məlumat yayıldıqdan sonra “Yeni Müsavat” qəzetinin Facebook səhifəsində canlı yayımın qonağı olan Sabir Rüstəmxanlı bu məsələ ilə bağlı da jurnalist Sevinc Telmanqızının sualına tuş gəlib. Daim səlis danışığı ilə seçilən VHP sədri bu suala cavab verən zaman rabitəsiz cümlələrdən istifadə etməklə, kəkələyərək demək istəyir ki, o, insanların ifadə azadlığına və siyasi baxşılarına görə həbs edilməsinəqarşıdır və heç vaxt siyasi məhbusların əlyehinə olan sənədə qol çəkməyib.

Sabir Rüstımxanlıdan sitat: “Atıblar ortaya ki, guya Milli Məclisdə bir bəyanat qəbul olunub, o bəyanata mən də, İqbal Ağazadə də, Fazil Qəzənfəroğlu da, Qüdrət Həsənquliyev də qol çəkmişik. Mən əvvəla elə bir… Mən əvvəla 2015-ci ildən sonra Milli Məclisdə yoxam. Orda olmaya-olmaya necə qol çəkə bilərəm. Hə, ondan əvvəlki vaxtdan söhbət gedirsə, ondan əvəvl biz – müxalifət-iqidar bir dənə Avropa Şurası ilə bağlı, çox qədim dövrdə – ikimin neçənci ildə bir anlaşma olmuşdu. Başqa heç bir bəyanat qəbul olunmayıb. Mən girdim Milli Məclisin sənədlərini araşdırdım və baxdım ki, yalnlız 2014-cü ilin 30 sentyabında Avropa Parlamentinin 18 sentyabr 2014-cü il qətnaməsi ilə əlaqədar  Milli Məclsiin bəyanatı olub. Bu bəyanatda ona (“siyasi məhbusların əleyhinə” nəzərdə tutur – red) bənzər cümlələr var. Aamma  orada heç kim qol çəkməyib. Mən ora qol çəkməmişəm, kim deyir qol çəkmişəm? Milli Məclisin sənədlərinə bəyəm deputatlar tək-tək qol çəkirlər? Ümumi səsvermə olur, kim səs verir, kim səs vermir, onu gedib sənədləri qaldırıb baxmaq olar”.

Beləliklə, Sabur Rüstəmxanlı 2014-cü ildə parlamentdə qəbul olunan sənədə (www.meclis.gov.az/?/az/statement/view/32/) şəxsən imza atmadığını deməklə sudan quru çıxmağa çalışır. Halbuki səsverməyə çıxarılmış həmin sənədin əleyhinıə səs verən deputat olmayıb və yekdilliklə qəbul edilib.

Ancaq Sabir Rüstəmxanlı bundan daha sərt bəyanata da şəxsən imza atıb ki, bu sənəd də Milli Məclisin saytında qalır.   Söhbət 2015-ci il iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələr ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatının BƏYANATIndangedir. Sabir Rüstəmxanlının şəxsən imzaladığı bəyanatda bu abzas da yer alır:

“Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Eləcə də, bu cür peşə sahiblərinin cinayət törətdikləri halda məsuliyyətdən azad olunacaqlarına dair hər hansı qanun da mövcud deyildir. Avropa Parlamentində Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilən bu faktlar konkret cinayət əməlləri ilə bağlıdır”.

Sənədlərdən də göründüyü kimi, Sabir Rüstəmxanlı siyasi məhbusların əleyhinə bəyanatlara imza atmamasını təkzib etməklə, yumşaq desək, yalan danışır.

Günel Məmmədova

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.