2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Sabirabadda kurs pulu narazılığı

Sabirabad rayonunda riyaziyyat, ibtidai sinif müəllimlərini rayonun mərkəzindəki ixtisasartırma kurslarına çağırırlar.
24saat.org-a verilən xəbərə görə, kursları isə şənbə və bazar günlərinə salmaqla onların istirahət hüquqlarını pozurlar. Bundan əlavə onlara yolpulu və yeməkpulu da vermirlər.
Hətta 63 yaşına çatmış, pensiyaya hazırlaşan müəllimləri də kurslara çağırırlar. Aprelin 16-da ixtisasartırma kurslarına gələn müəllimlərdən 20 manat pul istəyiblər ki, sonda onlara sertifikat verəcəklər. Bu da ciddi şəkildə narazılıq yaradıb.
Bundan qabaq isə fevralın əvvəlindən Sabirabad rayonunun təhsilində başlayan Maliyyə Nazirliyinin növbəti yoxlamasına görə pul yığılıb.
Məlumata görə, ötən müddət ərzində təftişçilər Sabirabadın Olimpiya Kompleksinin kotteclərində dincəliblər.
Gələn xəbərlərə görə, indi də məktəblərə plan qoyublar. Orta məktəblərin hər birinə 5 min manat pul vermək tapşırılıb.
Bu azmış kimi, Sabirabad rayon Təhsil Şöbəsinə 240 hektar pambıq əkmək tapşırığı verilib. Ona görə də təhsil şöbəsinin müdiri Pəhləvan Qarayevin iş yeri pambıq sahələrinə dəyişdirilib.
Yəqin ki, yığım zamanı məktəblərin müəllim və şagird kontingenti SSRİ dövründə olduğu kimi pambıq yığımına cəlb ediləcək.
Məsələ ilə bağlə Təhsil Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button