2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Sabirabadda sosial yardım belə verilir – Foto

Sabirabad sakini sosial müavinət ala bilmir. 24saat.org-a müraciət edən şəhərin Vidadi küçəsi 93 ünvanda yaşayan Fəxrəddinov Həzi Sayvada oğlu 6 nəfər ailə üzvünü dolandıra bilmir.

SABİRABAD1Onun sözlərinə görə, nə iş tapa bilir, nə də sosial yardım ala bilir. Borca görə onun evinə verilən qazı kəsiblər və dediyinə görə bu yaxınlarda suyunu və işığını da kəsəcəklər. Onun yazmadığı yer, döymədiyi qapı qalmayıb, amma kömək edən yoxdur. Sabirabad rayonu Əhalinin Sosial Müdafiə Mərkəzi özünün xüsusilə yarıtmaz fəaliyyəti ilə analoji qurumlar arasında daha çox seçilən idarələr sırasındadır. Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda keçirilmiş yoxlamalar zamanı direktor Vüsal Talıbov tərəfindən saxlanılmış əhaliyə məxsus çoxsaylı sosial yardım kartları aşkar edilmşdi. Lakin ƏSMM direktoru nəinki heç bir cəza almamış, hətta vəzifəsindən belə uzaqlaşdırılmamışdı. Odur ki, sosial yardım almaq bu rayonda can almaqdan çətin işdir. Sakinlərin dediyinə görə, bunun üçün ilk növbədə ilk ayların pulunu ƏSMM rəhbərliyinə verəsən.

 

Saytların yığılması Saytlarin yigilmasi

24SAAT.ORG

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button