2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sabunçu rayon polis idarəsinin keçmiş rəisi həbs olunub

Bakı/20.12.21 Avtomobilə odlu silahdan atəş açan keçmiş polis rəisi Rza Hacıyev həbs edilib. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu Rayon Məhkəməsində Hacıyev barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. 

DİN-in məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbə sakini Hacıyevin münaqişə zəminində Şirzad Quliyevin idarə etdiyi avtomobilə atəş açması və hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Saytların yığılması Saytlarin yigilmasi

Keçirilən əməliyyat nəticəsində Hacıyev saxalnılıb və “AKMS” markalı avtomat silah, 2 ədəd patron və 1ədəd patron darağı götürülüb.

Xatırladaq ki, Hacıyev Bakının Sabunçu və Neftçala rayonlarının polis rəisi olub, hazırda təqaüddədir. O, Milli Qəhərəman Əlif Hacıyevin qardaşıdır. -05D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button