2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sabunçuda narkotik satan 33 nəfər saxlanılıb

Bakı/24.12.21Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi  əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Maştağa qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Səlim Quliyev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuzt xidmətindən bildriblər.

Məlumata görə, qəsəbə ərazisində yaşadığı evə baxış zamanı Səlim Quliyevə məxsus ümumi çəkisi 5 kiloqram marixuana aşkar olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının bu ilin dekabr ayında həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik maddələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 32 nəfər saxlanılıb.

Məlumatda deyilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Sonuncu əməliyyatlar zamanı saxlanılan şəxslərdən ümümilikdə 7 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib.-05B-

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button