Now Reading:
Sabunçuda qəribə olay – İcra hakimiyyəti evin qapısını bağladı

Sabunçuda qəribə olay – İcra hakimiyyəti evin qapısını bağladı

Sabunçu rayonu Əli Kərim küçəsində qəribə hadisə baş verib.

Oxu.Az xəbər verir ki, bu küçədə yaşayış binalarına İcra Hakimiyyəti tərəfindən üzlük daşları vurulub.

Ustalar burada yaşayan bir sakinin evinin girişini yarıya kimi bağlayıblar.

Ev sahibi İcra nümayəndələrindən niyə belə addım atdıqlarını soruşanda isə aldığı cavabdan şoka düşüb.

Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri həmin sakinə binanın giriş mənzərəsinin pozulduğunu və ona görə də qapını bağladıqlarını deyiblər.

Ona məsləhət görülüb ki, arxa tərəfdən qapı açsın, buranı isə pəncərə kimi istifadə etsin.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.