Loading...
Loading...
Cəmiyyət

Şagirdlər hələ də dərsə getmir – Qalmaqallı siniflə bağlı araşdırma

Nəsimi rayonu 14 saylı tam orta məktəbin “3-Ç” sinfinin şagirdlərinin dərsə getməməsi ötən gündən etibarən sosial şəbəkələrdə müzakirələrə səbəb olub. “Qafqazinfo”nun məlumatına görə, bu gün də 31 uşağın valideyni övladlarını dərsə göndərməyib.
Qeyd edək ki, valideynlərin etirazı ötən gün “Qafqazinfo”da işıqlandırılmışdı.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, hazırda psixoloqların, BŞTİ-nin mütəxəssislərinin iştirakı ilə araşdırma davam edir. Vəziyyət dünənkindən dəyişməyib. Çünki ilk növbədə valideynlərin mövqeyi uzlaşdırılmalıdır. Hələ ki belə uzlaşma yoxdur. Valideynlər arasında söhbət aparılır. Məktəb hamıya oxuması üçün bərabər imkanlar yaradır. Bunu qanunvericilik tələb edir.
Araşdırma nəticəsində psixoloqlar, mütəxəssislər müvafiq rəy verəcək. Məktəbdə tədris olduğu kimi davam edir. Hər hansı məktəbli dərsə getməyəndə məktəb onun valideyni ilə əlaqə saxlayır. Uşaqların dərsdən qalmağı valideynlər üçün narahatlıq yaratmalıdır”.

Gözdən qaçırmayın:  Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button