2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Şagirdlər TƏHLÜKƏDƏ: Bakıdakı bu məktəb hər an uça bilər – FOTO

Paytaxtın Xətai rayonunda fəaliyyət göstərən Milli Qəhrəman Zaur Məmmədov adına 171 saylı orta məktəb acınacaqlı durumdadır.

Bu barədə Publika.az-a Xətai sakinləri məlumat verib.

Sakinlər təhsil müəssisəsinin bərbad vəziyyətdə olmasından şikayətləniblər. Heç şübhə yox ki, bu, şagirdlərin həyatının təhlükədə olması deməkdir. İstənilən an məktəb binası uça və şagirdlər ağır xəsarət ala bilərlər.

“Bu təhsil müəssisəsi keçmiş sovet dövründə Azərbaycanda analoqu olmayan məktəb sayılıb. Amma indi uçub dağılmaq vəziyyətindədir. Təəssüf ki, bizim uşaqlar belə bir şəraitdə olan məktəbdə oxuyur. Onların həyatından ciddi narahat oluruq”, – deyə valideynlərdən biri söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Valideynlər bildirirlər ki, məktəbin güclü müəllim potensiali var. İbtidai sinif və yuxarı sinif müəllimləri savadlı və gözəl xüsusiyyətlərə malikdirlər: “Əfsuslar olsun ki, artıq 8 ildir ki, məktəbin təmirə bağlanacağı barədə ancaq vədlər verilir. 1978-ci ildə inşa olunan təhsil müəssisəsi heç vaxt əsaslı təmirə bağlanmayib”.

Sakinlərin sözlərinə görə, bu cür məktəb SSRİ ərazisində cəmi 3 respublikada – Azərbaycanda, Rusiyada və Özbəkistanda olub: “Onun özəlliyi məktəbin idman təmayüllü olması ilə bağlıdır. Akt zalı sirk arenasi kimi dairəvidir. Məktəb idman təmayüllüdür. Onun üzgüçülük hovuzu, ayrıca basketbol və voleybol zalları fəaliyyət göstərib. İndi belə bir günə düşmüş qəzalı vəziyyətdə olan məktəb göz qabağında dağılıb gedir. Acınacaqlısı odur ki, ətrafdakı bir neçə məktəb təmir olunub. 95, 138 saylı və digər məktəblər keçən il tam təmir olunaraq istifadəyə verilib”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button