2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Şahbaz Quliyev Bakının mərkəzində aksiya keçirdi – Dövlət Məşğulluq Agentliyi cavab verdi – VİDEO

2014-cü ildə Kəlbəcərdə əsir götürülən və 6 il sonra azad olunan Şahbaz Quliyev Bakıda metronun “İçərişəhər” stansiyası yaxınlığında jurnalistlər qarşısında narazılığını ifadə edib. Onun sözlərinə görə, artıq 1 il 3 aydır ki, veteranlığı və əlillik dərəcəsi təyin edilmir: “…Çoxsaylı müraciətlər etmişəm, əməl edən yoxdur. Cənab prezidentin dediyinə əməl edən yoxdur”.

Ş.Quliyev bildirib ki, onun sağlamlığı ilə bağlı problemləri var: “Qolum qırıqdır. Əsirlikdə qırılıb, amma burada mənim qolumu qatlayıblar”.

O vurğulayıb ki, prezidentin qəbuluna getmək istəyir, buna şərait yaradılmır.

Saytların yığılması Saytlarin yigilmasi

Ş.Quliyevin iddiasına görə, prezident ona Bakının qəsəbəsində verdiyi evin qaz və işığını borca görə kəsiblər: “Borcu çoxdur, ödəyə bilmirəm, çünki heç bir yerdən gəlirim yoxdur. Novruz bayramında yeyib-içirdiniz, amma mən onu qazsız keçirmişəm. Niyə? Mən 7 il gözləmişəm ki, cənab prezident məni azad edəcək. Mənim bu gün qəbula düşüb deyiləsi sözüm var”.

Ş.Quliyev qeyd edib ki, hazırda hospitalda müalicə alır: “Bir salamat yerim yoxdur. Müalicəmi, sağ olsunlar, aparırlar”.

Onun sözlərinə görə, məşğulluq xidmətindən ona münasib iş təklif edilməyib: “Stajım çatmır, 130 manatlıq pensiya kəsiblər mənə. Mən ondan imtina etmişəm. 130 manat tum pulu eləmir bazara gedəndə”.

Hadisə yerində olan polis əməkdaşları Ş.Quliyevə Prezident Administrasiyasına yaxınlaşmağa imkan verməyib. Onlar bildirib ki, onu qəbul edib, köməklik göstərəcəklər. Ş.Quliyev isə deyib ki, dəfələrlə müraciət etsə də, problemi həll olunmayıb. O, ailəsinin dağıldığını, yeganə qızına kömək edə bilmədiyini söyləyib.

Sonda Ş.Quliyev polis əməkdaşlarının müşayiəti ilə ərazidən gedib.

“Bu gün Bakı şəhərinin mərkəzində etiraz edərək bir neçə sosial şəbəkə səhifəsinə müsahibə verən Tərtər rayon Qarağacı kəndində qeydiyyatda olan Quliyev Şahbaz Cəlal oğluna 17.06.2021-ci il tarixdən ümumi səbəbdən II qrup əlillik təyin edilib. Buna görə o, aylıq olaraq 180 manat məbləğində müavinət alır”.

Bu barədə Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mayis Musayev sosial media hesabında yazıb.

O bildirib ki, Şahbaz Quliyevin çıxışında ödənişdən imtina edildiyi barədə fikir səhvdir:

“Belə ki, müavinətini aylıq olaraq vətəndaş öz bank kartı vasitəsilə əldə edir.

Bununla yanaşı, onun həyat yoldaşı Qarayeva Təranə şirniyyat sahəsi üzrə, bacısı oğlu Qarayev Rəşad inkubator zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilib. Yaxın vaxtlarda hər ikisinin aktivlərlə təmin edilməsi nəzərdə tutulub.

Şahbaz Quliyevə isə bu ilin 30 martında heyvandarlıq sahəsi üzrə təsərrüfatın qurulması təklif edilib. O öz təsərrüfatının Tərtər rayonunda quracağını, gələn həftə məşğulluq filialına yaxınlaşacağını bildirib.

Həmçinin, ailəsinə 4 dəfə səfər olunaraq psixo-sosial dəstək göstərillib.

Ş.Quliyevin işlə təmin edilmək üçün 10 il staj tələbi iddiası isə həqiqəti əks etdirmir”.

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button