2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sahibə Qafarova: “Ermənistan münasibətlərin normallaşması prosesini pozan hərəkətlərdən çəkinməlidir”

“Ermənistan münasibətlərin normallaşması prosesini pozan hərəkətlərdən çəkinməlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfelt ilə görüşdə deyib.

Onun sözlərinə görə, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşüb. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar işğalçılar tərəfindən dağıdılıb. Ermənistan Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandallığa məruz qoyub. Azərbaycan 30 il ərzində dünyada mövcud olan ikili standartlardan əziyyət çəkib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı beynəlxalq qətnamələr icra olunmayıb. 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirib, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

S.Qafarova xatırladıb ki, Azərbaycan işğalın qurbanı olmasına baxmayaraq, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səy göstərir və beynəlxalq hüququn 5 prinsipi əsasında Ermənistana sülh sazişi imzalamağı təklif edib. Spiker qeyd edib ki, bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası regionda sülh və sabitliyə gətirib çıxaracaq. O, deyib ki, Ermənistan münasibətlərin normallaşması prosesini pozan hərəkətlərdən çəkinməli, siyasi iradə nümayiş etdirərək, iki ölkə arasında sülh sazişinin imzalanmasında əməli addımlar atmalıdır. Bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur. Bununla belə, Ermənistan müxtəlif yalan məlumatlarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. S.Qafarova Ermənistanın guya Laçın yolunun bağlanması haqqında iddialarının tamamilə həqiqətdən uzaq olduğunu, Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu bildirib.

MM sədri bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən, Qarabağda və Şərqi Zəngəzurda müasir şəhər və kəndlər tikir. Artıq məcburi köçkünlərimizin öz dogma torpaqlarına qayıtmasını nəzərdə tutan “Böyük qayıdış” proqramına start verilib. Spiker diqqətə çatdırıb ki, Ermənistan tərəfindən həyata keçirilmiş kütləvi minalanma yenidənqurma işlərinə ən böyük əngəldir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 300-ə yaxın mülki şəxs və hərbçi həlak olub və yaralanıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button