2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sahibə Qafarova Ukrayna Ali Radasının sədr müavininə təşəkkür edib

Milli Məclisin sədri Sahibə Qafarova Ukrayna Ali Radasının sədr müavini Olena Kondratiukla görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirak etdiyinə görə ona təşəkkürünü ifadə edib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin tarixi çox böyükdür. Xalqlarımız uzun illər dostluq şəraitində yaşayıb və bu gün də bu münasibətlər davam edir. Azərbaycan dost ölkələrlə, o cümlədən Ukrayna ilə əlaqələrin inkişafına həmişə böyük diqqət yetirib və hazırda ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.

Görüşdə ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan və Ukrayna həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanla Ukrayna arasında parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Xatırladılıb ki, bu ilin fevralında Ukrayna Radasında dostluq qrupunun üzvləri Azərbaycanda səfərdə olublar. Apreldə Azərbaycan parlamentində dostluq qrupunun 4 üzvü Ukraynada səfərdə olub.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button