2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Sahib Məmmədovun Vəkillər Kollegiyasına müəmmalı qəbulu

Anar Bağırov hüquq müdafiəçisini imtahansız vəkilliyə qəbul edib?

Sahib Məmmədov: “Vəkillər Kollegiyasına 2011-ci ildə imtahan vermişəm”

Hüquq müdafiəçisi kimi tanınan, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov müəmmalı şəkildə Vəkillər Kollegiyasına üzv qəbul edilib.

24saat.org saytına daxil olan məlumata görə, Vəkillər Kollegiyasına üzvlük kollegiyanın sədri Anar Bağırov tərəfindən Sahib Məmmədova hədiyyə edilib. Yəni hazırda Sahib Məmmədovun adı Vəkillər Kollegiyasının saytında yer alan vəkillərin reyesterində vəkil kimi qeyd edilib.

Sahib Məmmədov Vəkillər Kollegiyası
Sahib Məmmədov Vəkillər Kollegiyası
24saat.org məsələ ilə bağlı araşdırma aparıb.

Öncə yada salaq ki, illər əvvəldən vəkil olmağa çalışmışdı. Vəkillər Kollegiyasının əvvəlki sədri Azər Tağıyevin zamanında  ona daim “qırmızı işıq” yandı. Dəfələrlə kollegiyaya üzvlük üçün müraciət edən Sahib Məmmədov Azər Tağıyevin “imtahan”ından keçə bilməmişdi. Daha doğrusu, Azər Tağıyev onun kollegiyaya qəbulu zamanı imtinasını belə əsaslandırmışdı ki, Sahib Məmmədov heç tərcümeyi-halını düzgün yaza bilmir. Buna görə Sahib Məmmədov  məhkəməyə müraciət etmiş, mediada Azər Tağıyevi “yıxıb sürümüşdü”.

Saytların yığılması Saytlarin yigilmasi

Beləliklə, Sahib Məmmədov bu illər ərzində hakimiyyətə bir xeyli yaxınlaşmış olsa da, Azər Tağıyev kollegiya sədri olduğu dövrdə o heç cür vəkil ola bilmədi.

Anar Bağırov Vəkillər Kollegiyasınnı sədri təyin edildikdən sonra isə Sahib Məmmədov “Azərbaycanda vəkillik institutunun inkişafı” barədə geninə-boyuna danışaraq, mediada çıxışlar etməyə başladı. Maraqlıdır ki, o, çıxışlarında Vəkillər Kollegiyasına namizədlər üçün keçirilən imtahanların şəffaflığından, “islahatlardan” da ağızdolusu danışmağa başladı. Amma bu çıxışlarda onun vəkilliyə namizəd olub-olmaması barədə heç nə qeyd edilmirdi…

Vəkillər Kollegiyasına ilk imtahan 2018-ci ilin yanvar ayında keçirilib. Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 607 nəfər vəkilliyə namizədin peşə yararlılığının yoxlanılması məqsədilə imtahanın şifahi müsahibə mərhələsi keçirilib. Bu mərhələni də müvəffəqiyyətlə keçən namizədlərin siyahısı mediada dərc edilib. Ancaq bu siyahıların heç birində Sahib Məmmədovun adı olmayıb. Həmçinin imtahanın nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış vəkilliyə namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilibllər. Sahib Məmmədovun bu təlimlərdə və vəkillərin andiçmə mərasimində iştirakı barədə də heç bir məlumat yoxdur.

Beləliklə, məlum olan odur ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov Sahib Məmmədovun mediadakı “canfəşanlıqlarını” nəzərə alaraq, ona vəkil mantiyasını imtahansız-müsahibəsiz hədiyyə edib.

Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunda  Vəkillər Kollegiyasına üzvlüyə imtahansız qəbul edilən kateqoriyalar aşağıdakılardır:

Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.

Sahib Məmmədov isə qeyd edilən kateqoriyalardan heç birinə aid deyil. Beləliklə bir daha aydın olur ki, ANAR BAĞIROV SAHİB MƏMMƏDOVA VƏKİLLİK MANDATINI HƏDİYYƏ EDİB.

Məsələ ilə bağlı Sahib Məmmədovun özünə sorğu versək də, hələlik cavab verməyib.

 

***

Sahib Məmmədov 24saat.org-a açıqlamasında bildirib ki, Vəkillər Kollegiyasına 2011-ci ildə imtahan verib. “2012-ci ildə icbari kursları bitirib sertifikat almışam. Lazımdı burda yerləşdirə bilərəm. Sadəcə and içməədə olmamışdım. Belələri çoxdur. Müamma yoxdur. Vəkilliklə məşğul olmuram düzü. Ancaq üzvlük haqqı verirəm. Ötən ilin yazında vəsqiəmi götürmüşəm”.

O, Kollegiyaya üzvlüklə bağlı aldığı Şəhadətnaməni də göndərib. Bildirir ki,  bu Şəhatənamə bütün prosesləri keçib qurtarandan sonra verilir.

Şəhadətnamə

Vəkil Fariz Namazli da bildirir ki, 2011-ci il 28 iyun test imtahanı keçirilib, 177 nəfər 2.ci mərhələyə keçib. “Onlardan biri də Sahib Məmmədov olub, 2.ci mərhələ olan şifahi müsahibəni də uğurlu keçib, 1 aylıq icbari təlimdə də iştirak edib. O günün 1.ci yarısı kurslarda olub, mən 2.ci yarısı. Bundan sonra vəkillər and içərək vəkillik fəaliyyətinə başlamalıdır. Qəribəsi də burda baş verir. S. Məmmədovu and içməyə buraxmırlar. Qanunvericilikdə də belə hal yoxdur. Şəxs hər 3 mərhələni uğurla keçirsə and içməyə buraxılmalıdır. Burda nə baş verdi, təəssüf ki rəsmi məlumat yoxdur”.

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button