2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sahibkar Qida Təhlükəsizliyi Agentliyini məhkəməyə verib

Yayımlandı: 30 Yanvar 2023 15:55

Qurumun qanun pozuntularına yol verdiyi iddia olunur

“Mən kiçik sahibkaram, təndirxana işlədərək ailəmi dolandırıram. Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin əməkdaşları təndirxanada yoxlama apararaq, mənə 1500 manat cərimə tətbiq etməklə obyektin fəaliyyətini məhdudlaşdırdılar”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Amil Mübariz oğlu Nəsibov bildirib.

Onun sözlərinə görə, Xətai rayonu, General Səmədbəy Mehmandarov küçəsi, 94 saylı binanın qarşısındakı
təndirxana 8 ildir fəaliyyət göstərir.

“Obyektində müəyyən nöqsanlar aşkarlanıb və bununla bağlı iradlarla razıyam. Nöqsanların aradan qaldırılması üçün təmir işləri aparmışam. Amma agentliyin əməkdaşları da müəyyən qanun pozuntularına yol veriblər. Məsələn, müvafiq qanunvericiliyə görə yoxlama aktı yoxlamanın bitdiyi gün yerində təqdim edilməlidir. Amma akt mənə yalnız regional bölməyə gedərkən təqdim edildi”, – şikayətçi deyib.

Bildirib ki, akta əlavə nöqsanlar da qeyd edilib, halbuki yoxlama zamanı belə faktlar aşkarlanmayıb:

“Bununla bağlı iradlarımı bildirdim. Aktı yenidən dəyişdirdilər. Təkrar baxış üçün etdiyim müraciətə 7 iş günü ərzində baxılmayıb. Qanun pozuntularını nəzərə alaraq agentliklə bağlı məhkəməyə müraciət etmişəm”.

Sahibkar deyir ki, ötən ilin sonundan obyekt fəaliyyətini dayandırıb, heç yerdə işləmir, üstəlik, borc edib obyekti tam təmir edib. Nöqsanların aradan qaldıılması üçün bütün tələbləri yerinə yetirib. Amma hələ ki, yerində baxış keçirərək müraciətinə cavab verilmir. Hər keçən gün maddi durumu daha da çətinləşir, ailəsini dolandıra bilmir:

“İndiyə kimi işimlə bağlı xəbərdarlıq, nöqsan qeydə alınmayıb. Məhsullarla bağlı narazılıqlar baş verməyib. Deyilən nöqsanları aradan qaldırmışam”.

Qida Təhlükəsizlik Agentliyindən Meydan TV-yə bildiriblər ki, şikayət araşdırılacaq.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button