2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Şahin Mustafayev istirahətə göndərildi; Onun yerinə kim gətiriləcək?

Öncə bu sualı cavablandıraq ki, baş nazirin müavini yüksək vəzifədir, yoxsa iqtisadiyyat naziri? Azərbaycan standartları ilə ölçsək birmənalı şəkildə nəinki iqtisadiyyat, hətta energetika naziri vəzifəsi də baş nazirin müavini postundan daha yüksəkdir, çünki, bu postun statusu olsa da hakimiyyəti yoxdur. Təbii ki, beynəlxalq idarəetmə standartlarında nazirin baş nazirin müavini vəzifəsinə irəli çəkilməsi vəzifə pilləsində qalxma kimi dəyərləndirilir. Lakin, unutmayaq ki, “Azpromo” və “Azərloteraya” ASC-nin təsisçisi, “Təmiz şəhər” ASC və Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin səhmlərinin saxlanması və idarə olunması həvalə olunan, “AzerQold” QSC və “Azərxalça” ASC-nin Müşahidə Şurasının sədri olduğu İqtisadiyyat Nazirliyinin 9 region bölməsi, 23 şöbəsi var və bütün bunların hamsıının rəhbəri Şahin Mustafayev idi. Bundan əlavə strukturuna daxil olmasa da İqtisadiyyat Nazirliyinin tərkibində “İstehlak mallarının ekpertiza” MMC, “Bakı Biznes Mərkəri” MMC, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, “Sumqayıt Kimya Sənaye Parkı” MMC, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi vardır. Bununla yanaşı, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərində və konsulluqlarında ticarət nümayəndələrinin aparatı da İqtisadiyyat nazirliyinə tabedir.
5 müavini və aparat rəhbəri, köməkçiləri və müvariləri olan iqtisadiyyat nazirinin baş nazirin müavini təyin edilməsi onun pensiya qabağı istirahətə göndərilməsi anlamına gəlir. Onun Hacıbala Abutalıbovun taleyini yaşaması da şübhəsizdir, çox güman ki, bir müddətdən də sonra Şahin Mustafayev ordan da uzaqlaşdırılacaq.
Onda belə kadr “islahatı” kimə lazımdır. Təbii ki, burda başlıca məqsəd 1-ci vitse prezidentin komandasının genişləndirilməsi və gücləndirilməsidir. Odur ki, yeni iqtisadiyyat naziri 1-ci vitse prezidentin komandasından təyin olunacaq.

Fotoğraf açıklaması yok.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button