2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şahin Mustafayevin “müjdə”si

Yaxud, yumurta 1 manat olmayacaq

Əzəmətli hökumətimzin sayəsində çox rəngarəng, maraqlı günlər yaşayırıq. Hər gün yeni vədlər eşidirik, yeni “xoşbəxtlik nəğmələri” dinləyirik. Xalqı o qədər bihuş ediblər ki, əjdaha boyda böhran, div boyda səfalət unudulub. O biri nazirlərin inkişaf xəbərlərindən yenicə faydalanmışdıq ki, İqtisadiyyat naziri Şahin Mustafayev özünü yetirib, bizi muştuluqladı. Bəli, iqtisadiyyatımızın ağsaqqalı “süni qiymət artımına imkan verməyəcəyik” söylədi. Deyilənə görə bu xəbərdən sonra xalqımız bayram edir, hökumətə “sveji” dualar oxuyur.
Etiraf edək ki, dünyanın heç bir ölkəsində xalqa bu formada müjdə vermək, xalqı bu qədər avam hesab etmək mümkün deyil. Bu istedad yalnız bizim hökumətin düşüncəsinə biçilib. İlin- günün bu vaxtında “süni qiymət artımına imkan verilməyəcək” söyləmək üçün böyük “mütəxəssis” olmaq lazımdır. Məsələ burasındadır ki, bu ölkədə hər gün qiymət artır. Manatın birinci “infarkt”ından sonra süni qiymət artıranlara qarşı müharibə elan edilsə də, bütün məhsulların qiyməti 40-50 faiz qalxdı. Son 2 ildə elə məhsullar var ki, qiymətində 100 faiz artım olub. Hökumətin yalnız yumurtaya ərki çatır ki, bu məhsulun da qiyməti il ərzində rəqs eləyir. Birtəhər itələyib 8-9 qəpiyə salırlar, bir müddətdən sonra dikəldib 17-20 qəpik eləyirlər.
Belə bir məqamda Şahin Mustafayevin süni qiymət artımına qarşı mübarizəsi tragikomik görünür. Ətin kilosu 12 maant , bananın kilosu 3-4 manat, yağın kilosu 10 manat olduqdan sonra, qiymət artımıyla mübarizə aparmaq nəyə lazımdır? Bu təxminən ona bənzəyir ki, 100 evi qarət edən oğru “bundan sonra az oğurlayacam” vədi verir. Hansıki, oğurladıqlarını geri qaytarmalı, ev sahiblərindən üzr istəməli və cəzasını da çəkməlidir. İndi bizim nazir də qiymətlər kəllə-çarxa çıxdıqdan sonra “süni qiymət artımına imkan verməyəcəyik” deyir. Xalq mövcud qiymətlərin qüvvədə qalmasını yox, qiymətlərin ən aşağı həddə salınmasını istəyir. Şahin Mustafayevin bu “müjdə”sində daha çox minnət hiss olunur. Yəni, ətin kilosunun 20 manat, yumurtanın qiymətinin 1 manat, yağın kilosunun 30 manat olmayacağına zəmanət verir.
Amma məsələyə başqa aspektdən yanaşanda Şahin Mustafayevi qınamaq da olmur. Belə ki, nazirimiz süni qiymət artımları ilə mübarizədən danışır. Bizim ölkəmizdə isə qiymət artımı da, monopoliya da, qanunu tapdalamaq da təbii haldı. Bu ölkədə bütün süniliklər təbii xarakter alıb. Ona görə qiymət artımını da təbii qiymətləndirmək lazımdır.
Bir sözlə, hökumətimiz süni qiymət artıranları görsə cəzalandıracaq, amma hələ ki, qiyməti süni artırana rast gəlməyiblər. Təbii qiymət artımına müdaxilə etmək isə günahdır. Çünki, belə artımlar yuxarının xeyri-duası ilə baş verir. Deməli, süni qymətlərin təbii şəkildə artımı davam edəcək.

İlham

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button