2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Şairə Günel Mövludun qardaşları azadlığa buraxıldı

Ailə xəbəri gizli saxlayır, jurnalist-şairə isə “ümd edirəm, onları buraxıb, daha pis şeylər eləməyəcəklər”, deyir

Meydan TV-nin redaktoru Günel Mövludun qardaşları bu gün azadlığa buraxılıb. Bir neçə saatdır sosial şəbəkədə müzakirə olunan bu xəbər öz təsdiqini tapmasa da, az öncə G.Mövlud özü bu barədə status yazaraq, xəbəri təsdiqləyib: “Qardaşlarımı buraxıblar. Hamıya dəstəyə görə təşəkkür. Ümid edirəm, onları buraxıb, daha pis şeylər eləməyəcəklər”.
Musavat.com xəbər verir ki, G.Mövludun valideynləri isə bu xəbərin yayılmasını istəmir və ümumiyyətlə, mövzunun qapanmasında maraqlıdır. Bu səbəbdən də jurnalistlərdən gələn zəngləri cavablandırmırlar. Oğullarının həbsindən sonra G.Mövluddan imtina edən valideynlərinin hazırda onunla heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də şairə musavat.com-un əməkdaşı ilə söhbətində qardaşlarının həbsdən buraxılması ilə bağlı detallardan xəbərsiz olduğunu dedi.

Xatırladaq ki, ötən ilin oktyabrın 13-də Meydan TV-nin redaktoru, yazar Günel Mövludun qardaşları – Raci və Vəkil İmanovlar polis tərəfindən saxlanılıb. Qardaşlar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs ediliblər. Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik əldə etmə və ya saxlama) maddəsilə ittiham olunan Vəkil İmanov Biləsuvar Rayon Məhkəməsinin dekabrın 22-də çıxardığı hökmə əsasən, 1 il azadlıqdan məhrum edilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button