2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Sakinlər: İcra başçısı “Qırmızı kitab”a düşən ağacları kəsdirir

Qazaxda “Qırmızı kitab”a düşən, kəsilməsi qadağan olunan şam və çinar ağaçları kütləvi şəkildə məhv edildiyi bildirilir. 

Bu barədə qlobal.az məlumat yayıb. 

Bildirilir ki, icra hakimiyyətinin göstərişi ilə Qazaxda Əliağa Şıxlinski küçəsində 56 ağac (şam və çinar) kəsilib.

Saytların yığılması Saytlarin yigilmasi

Ağaclar məhv edildikdən sonra isə həmin ərazi yararsız sahə kimi satışa çıxarılıb.

Məlumata görə, ağacların suvarılması üçün həmin ərazidə kiçik arx olub. Rayon icra başçısı Rəcəb Babaşovun göstərişi ilə həmin arxa suyun verilməsi dayandırılıb.

Sakinlər deyiblər ki, kəsilən ağaclar icra nümayəndələrinin göstərişindən sonra yük maşınları vasitəsi ilə ərazidən daşınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 

Qazax Rayon İcra Hakimiyyəti isə xəbəri nə təsdiq, nə də təkzib edib. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button