2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Erməni “vor zakon”lar İrəvana qaçdılar

Rusiya kriminalitetinin “xaç ata”sı  “Şakro” nun həbsindən sonra   oğru dünyasında sular durulmur.

24.saat.org  Rusiya mətbuatına istinadən xəbər verir ki, Zaxari Kalaşnikov  həbs olunandan sonra oğru kassası ( obşak) uğrunda savaş gedir.

Zaxaridən sonra “obşak”a onun yaxın adamı,  Dato Ozmanov (Dato Krasnadarski) nəzarət edirdi.

Saytların yığılması Saytlarin yigilmasi

“Şakro” həbs olunmamışdan  onun əhatəsində olan oğrular “Qlden Palas”  otelində toplanırdılar. Bura onların ofisi kimi idi. Otelə tanınmış erməni  oğru  Konstantin Manukyan nəzarət edirdi.  Zaxarinin diğər erməni dostu, Ara Aramavirskiy də hər gün bura baş çəkirdi.

Məhz bu oğrular bir ara İrəvanda toplantı keçirərək mərhum Rövşən Lənkaranskinin titulunu  əlindən almağa cəhd etmişdilər.

Zaxarinin həbsindən sonra bu klanın mövqeləri zəiflədi. İstintaq zamanı bəlli oldu ki, “Şakro” azadlığa tezliklə çıxmayacaq.

Bu diğər klanları hərəkətə gətirdi.

Kaxa Qalskiy ləqəbli qanuni oğru Kaxa Parpaliya oğru kassasını Dato Ozmanovdan aldı. Adamıları pərən-pərən düşmüş Datonun harda olması məlum deyil.

Eyni zamanda Gela Kardavanın menqrel klanı “Şakro”nun adamları üzərinə getdi.  Az zamanda Zaxarinin adamları mövqelərini ona verib  qaçdılar.

Onların arasına Rövşənin keşmiş düşmənləri Konstantin Manukyan və Ara Aramavirskiy də var.

Hər ikisi hazırda İrəvanda gizləniblər, Rusiyaya qayıda bilmirlər.

 

İlqar

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button