2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetRedaktorun seçimi

Salam Sarvanın qumarda uduzduğu şalvarı və Fazil Məmmədovun “qazlanması”

Baxıb görürəm ki, əksəriyyət Salam Sarvandan yazır. Əslinə baxanda, Salama da elə bu lazım idi, necə deyərlər, istəyinə çatdı adam.

Amma, məncə, inciməyinə dəyməz o cür adamdan…

Bəlkə də çoxunuz onu tanımırsınız, amma mən çox yaxşı tanıyıram, həm də 30 il öncəsini tanıyıram Salam Sarvanın. Salamla bağlı bir hadisəni danışım sizlərə…

Saytların yığılması Saytlarin yigilmasi

1986-cı ilin payızı idi. Tələbəsi olduğum Xalq Təsərrüfatı İnstitutunun 3 saylı yataqxanasının 421-ci otağında qumar oynayırdıq. Lerikdən olan talış balası Şahin özüylə bir nəfər gətirmişdi – cəlilabadlı Salam Sarvanı. Oyun zamanı öyrəndik ki, o da bizim institutun tələbəsidi. İnsafən, çox mahir qumarbaz idi – mimikası, oyun tərzi… bir sözlə, hər şey yerli yerində idi.

Şahin imkanlı ailənin uşağıydı. Bizim kimi kasıblar da o və onun kimi imkanlıları “qazlayıb” pullarını udurduq. Şahin də qarşımıza Salamı çıxardı. Oyun zamanı hiss etdim ki, Salam “kart düzməyi” çox gözəl bacarır. Bu səbəbdən də, “ziyanın yarısından qayıtmaq” fəlsəfəsini əsas tutub oyundan yarımçıq çıxdım.

Mən bu hadisəni yaxın dostlarım naxçıvanlı Bayramla qazaxlı Hacıya danışdım. Onlar bizim yataqxananın qarşısında yerləşən Ticarət Texnikomunun tələbəsi idilər. Hər ikisi məşhur “şuller”di. İmkanlı bir uşaq qumar oynamağa gələn kimi onları dəvət edər, yarım saatın içərisində məsələni “kökündən çürüdərdik”.

Xülasə, iki gün sonra məşhur 421-ci otaqda qızğın qumar oyunu başladı. Masanın ətrafında 5 nəfər vardı: mən, qazaxlı Hacı, Salam Sarvan, lerikli Şahin, bir də Şəmkirdən İlham. Həmyerlim Bayram isə bu dəfə seyrçi rolundaydı.

Oyunun başlamasından 2 saat keçirdi. “Seka” qalınmışdı. “Bank”da xeyli pul vardı. Kartları paylayan qazaxlı Hacı oldu. Mənim əlimdə 2 Karol və bir Dama vardı, yəni heç nə. Amma bu, işarə idi – Damanı, yəni Salam Sarvanı “məngənə”yə salmalıydıq. Mən öhdəmə düşən vəzifəni yerinə yetirdikdən sonra “pas” getdim. Bundan sonra Salam Hacıya “açıq” elan etdi. Lakin bunun üçün yetərli pulu olmadığına görə, əynindəki bahalı “Rancer” kostyumunu və “Salamander” ayaqqabısını ortaya qoydu. Ardınca da, sevincək halda, 3 altılığı masanın üstünə çırpıb, pulları qamarlayırdı ki, Hacının amiranə səsi otağı bürüdü:
– DUR, oğlum! Məndə 3 tuzdu!

Salamın rəngi bir anda sapsarı saraldı…

İndi deyirlər ki, Salam Sarvan millətçiləri, turançıları köpək adlandırıb, təhqir edib. Çoxları bundan çox qeyzlənib. Amma mənim heç vecimə də deyil. Axı şalvarını qumarda udduğum bir adamın sözünü mən niyə ciddiyə alım ki…

P.S. Yeri gəlmişkən, vaxtilə Narxozun yataqxanasında “qazlayıb” pullarını udduğumuz pullu papaların “qaz” oğullarından biri də Fazil Məmmədov idi.

Elçin İlqaroğlu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button