2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Saleh Məmmədov Ziya Məmmədovu təşvişə salıb

 

Ziya Məmmədov düşünür ki, bu məsələ onun üçün ciddi başaağrısına çevrilə bilər

2010-cu ildə istifadəyə verilmiş Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsi yenidən təmir olunur. Halbuki sifarişçi Nəqliyyat Nazirliyi və tikinti işlərini həyata keçirən “Akkord” şirkəti yolun 30 il fasiləsiz istismar ediləcəyini bildirmişdi. Heç iki il keçməmiş yolun ayrı-ayrı hissələrində çatlar əmələ gəldi. Daha bir neçə ildən sonra isə yolun Ceyranbatan qəsəbəsindən Saray postuna qədər olan hissəsi demək olar ki, yararsız vəziyyətə düşdü.

Saytların yığılması Saytlarin yigilmasi

İndi “Azəravtoyol” ASC (keçmiş “Azəryolservis”) həmin hissənin təmirinə başlayıb.

24saat.org-a daxil olan məlumata görə, təmir işləri və “Azəravtoyol”un bu barədə mediaya müntəzəm açıqlamaları nəqliyyat naziri Ziya Məmmədovu təşvişə salıb.

Nəqliyyat naziri bütün bunların məqsədli şəkildə edildiyini düşünür. Məlumat üçün deyək ki, “Azəravtoyol” ASC-nin rəhbəri Saleh Məmmədovdur. Bu qurum artıq Nəqliyyat Nazirliyinin tabeliyində deyil. Bundan başqa, Saleh Məmmədov prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubova yaxın şəxs sayılır.

Ziya Məmmədov düşünür ki, bu məsələ onun üçün ciddi başaağrısına çevrilə bilər.

Məsələ burasındadır ki, yolun çəkilişinə nə az, nə çox – düz 630 milyon dollar xərclənib. Yarım milyard dollardan çox vəsaitin xərcləndiyi yolun heç 6 il tab gətirməməsi onsuz da hədəfdə olan Ziya Məmmədov üçün acı nəticələrə səbəb ola bilər.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button