24 saat en son xeberler - Xeberler platformasi

Manşet

“Saleh Rüstəmliyə azadlıq” tələbi ilə keçirilən aksiyasında saxlanılanlar olub

“Saleh Rüstəmliyə azadlıq” tələbiylə keçirilən aksiyaya polis müdaxilə edib. 

“24 saat” “Toplum TV”-yə istinadən xəbər verir ki, hazırda həbsxanada aclıq aksiyası keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmlinin azadlığa buraxılması tələbiylə keçirilən aksiya polisin müdaxiləsiylə dağıdılıb.

Aksiyanın təşkilatçılarından olan Mete Türksoyun və daha bir neçə fəalın saxlanıldığı bildirilir.

Saat 15:00-da Fəvvarələ meydanında keçirilməsi planlaşdırılan aksiyanı ictimai fəallar İlkin Rüstəmzadə və Mete Türksoy təşkil etmişdi.

“Saleh Rüstəmliyə azadlıq” aksiyasında saxlanılanların kimliyi məlum olub:

1. Mete Türksoy
2. Dilarə Miriyeva
3. Səfər Əhmədov
4. Zəfər Əhmədov
5. Emin Xəlil
6. Ayxan Hacıbəyli
7. Elman Quliyev
8. Nigar Yaqublu
9. Əhməd Məmmədli
10. Əmrah Təhməzov
11. Əziz Məmiyev
12. Yeganə Rüstəmova (Saleh Rüstəmlinin bacısı)
13. Əhməd Məmmədli
14. Novruz Əliyev
15. Fərid İmanov
16. Babək Həsənov
17. Tofiq Yaqublu
18. Saqif Qurbanov
19. İlham Hüseyn
20. Mətanət İsmayıl
21. Mətanət Turan
22. Namiq Abbasəliyev
23. Rüstəm İsmayılbəyli

AXCP fəalı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və “Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. S. Rüstəmli noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button