Loading...
Loading...
Cəmiyyət

Saleh Rüstəmov azadlıqda – 24 saat

Prezident İlham Əliyevin mayın 27-də imzaladığı əfv sərəncamı məhbus Saleh Rüstəmova da şamil olunub.

Sərəncama əsasən, Saleh Rüstəmov cəzasının çəkilməmiş hissəsindən azad edilib.

1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.

1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.

AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.

2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib, 2022-ci il mayın 25-də Aqil Məhərrəmov cəzasını başa vuraraq azadlığa çıxıb.

2021-ci il noyabrın 6-da Saleh Rüstəmov həbsdən buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. Noyabrın 8-də o, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, dekabrın 16-da ailə üzvlərinin, qohumlarının və ictimaiyyət nümayəndələrinin təkidli xahişlərindən sonra aclığı dayandırıb.

24 saat” “Saleh Rüstəmov azadlıqda – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Xəlil Rza Ulutürkün həyat yoldaşı vəfat edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button