2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Saleh Rüstəmov 35 gündür aclıq edir

Bakı/10.12.21 Dekabrın 10-da vəkil Bəhruz Bayramov həbsdə olan Gədəbəy rayonun sabiq icra başçısı Saleh Rüstəmovla Penitensiar Xidmətinin Müalicə Müəssisəsində görüşüb. Bu barədə Turan-a vəkil özü məlumat verib.

Onun sözlərinə görə, Rüstəmov aclıq aksiyasını davam etdirir. “Artıq 35-ci gündür. Mənə dedi ki, ağrılardan yata bilmir. Çox halsız idi. Dedi ki, artıq tükənirəm”.

Bayramov əlavə edib ki, Saleh Rüstəmovun işi ilə bağlı Ali Məhkəmənin Plenumuna və Nizami Rayon Məhkəməsinə müraciət olunsa da, hələlik proseslər təyin olunmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

* Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında saxta iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.

Saleh Rüstəmov Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən o, rayonun sərhəddə yerləşən kəndlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə Başkənd əməliyyatının rəhbərlərindən biri olub. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button