2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Saleh Rüstəmov bazar ertəsindən etibarən quru aclığa başlaya bilər

Bakı/04.12.21 Gədəbəy rayonunun keçmiş İcra Hakimiyyəti başçısı Saleh Rüstəmov 29 gündür ki, həbsdə aclıq edir.

Vəkil Bəhruz Bayramovun Turan-a verdiyi məlumata görə, uzun müddət davam edən aclıq nəticəsində Rüstəmovun vəziyyəti həddindən artıq ağırdır.

“Əsəb sistemində, beyninin fəaliyyətində problemlər yarandığı hiss olunur. O, yavaş-yavaş danışır, vaxtaşırı üzü sanki donur”, deyə vəkil bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkilin sözlərinə görə, Rüstəmov ona deyib ki, bazar ertəsi yanına gəlsin, həmin vaxt o, quru aclıq haqqında yekun qərarını qəbul edəcək.

“O, su içməkdən imtina edərsə, həkimlərin sözlərinə görə, orqanizmi bir gün belə tab gətirməyəcək”, deyə vəkil təəssüf hissilə qeyd edib.

* Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında saxta iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb. -Â06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button