2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Saleh Rüstəmovu quru aclıqdan imtina etməyə razı salıblar, amma onun vəziyyəti ağır olaraq qalır – vəkil

Bakı/06.12.21 Vəkil Bəhruz Bayramov və siyasi məhbus Saleh Rüstəmovun qardaşları bu gün onu quru aclığa keçməməyə razılaşdırmağa müvəffəq olublar. Bu barədə vəkil Bəhruz Bayramov bildirib.

“Quru aclıq bir neçə saat sonra artıq komaya gətirib çıxara bilər, buna görə doğmaları ictimaiyyət nümayəndələrinin, siyasətçilərin, Gədəbəy sakinlərinin, onunla birlikdə birinci Qarabağ müharibəsində döyüşən veteranların israrlı çağırışlarını ona çatdıraraq, onu quru aclığa keçməməyə razılaşdırıblar”, deyə Bayramov bildirib. Onun sözlərinə görə, aclığın 31-ci günündə Rüstəmovun vəziyyəti həddindən artıq ağırdır, o, ağrılardan yata bilmir.

Elə bu gün vəkillər Bəhruz Bayramov və Aqil Layıc Rüstəmovun sağlamlıq vəziyyəti ilə əlaqədar həbs cəzasının qalan hissəsindən azad edilməsi barədə müraciəti Nizami rayon məhkəməsinə təqdim ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Aqil Layıcın Turan agentliyinə verdiyi məlumata görə, müdafiə tərəfi CM-in məhbusun ağır xəstəliyi ilə əlaqədar məhkəmə qərarı ilə cəzadan azad edilməsini nəzərdə tutan 78.2-ci maddəsinə istinad edir. 

Rüstəmov böyrək çatışmazlığından əziyyət çəkir, bundan başqa, uzun müddət aclıq etməsi onun sağlamlığına mənfi təsirlər göstərib.

Vəkilin sözlərinə görə, məhkəmə ərizəni icraata götürüb və qanunvericiliyə əsasən, ərizəyə baxılması müddəti 10 gündür. Amma məhkəmə ərizəyə təcili qaydada baxa bilər.

Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi müdafiə tərəfin müraciəti əsasında məhkəmənin Reqlamentinin Rüstəmova münasibətdə müvəqqəti tədbirlərin görülməsi haqqında 39-cu Qaydasının mexanizmini işə salıb.

Vəkillər Strasburq Məhkəməsinə müraciətlərində uzun müddət davam edən aclıq aksiyası nəticəsində Rüstəmovun komaya düşməsi təhlükəsini və səmərəli tibbi yardımın təmin edilməsi üçün onun həbsxana hospitalından müasir mülki klinikaya köçürülməsi zərurətini qeyd ediblər.

Layıcın sözlərinə görə, AİHM məhkəmənin Rüstəmovun sağlamlığı ilə bağlı qaldırdığı suallara cavab vermək üçün hökumətə dekabrın 10-a qədər vaxt verib.

* Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında saxta iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclıq aksiyasına başlayıb.

Saleh Rüstəmov Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildə Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsində işləyərkən rayonun sərhəddə yerləşən kəndlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə Başkənd əməliyyatının rəhbərlərindən biri olub. -06B06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button