2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Saleh Rüstəmovun azad edilməsi tələbi ilə keçirilən aksiyanın 9 iştirakçısı cərimə olunub

Bakı/16.12.21 Dekabrın 15-də Bakıda siyasi məhbus Saleh Rüstəmovun həbsdən azad edilməsi tələbi ilə keçirilən aksiya zamanı 43 nəfər saxlanılıb. Bu barədə “Müdafiə Xətti” Qeyri-Hökumət Təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına görə, saxlanılanların 31 nəfəri Azərbyacan Xalq Cəbhəsi Partiyasının (AXCP), 6-sı Müsavat Partiyasının üzvü, 1-i Azərbaycan Demokratiya və Rifah Partiyasının nümayəndəsi, 5 nəfəri isə bitərəf fəallar və vətəndaşlardır.

Bütün saxlanılan şəxslər axşamtərəfi sərbəst buraxılıblar. Bu zaman 9 fəala İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (karantin rejimini pozma) maddəsinin pozulması ittihamı ilə pul cərimələri kəsilib.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, Müsavat partiyasının fəalı və eyni zamanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu 400 manat cərimə olunub.

AXCP fəalları Babək Həsənov, Mehriban Hüseynli, Kənan Zeynalov, Gülnarə Rəhimova, Səbinə Mirzəyeva, Şamil Nəsirov da hər biri 400 manat cərim olunub. 

AXCP fəalı Rəşid Turabov 200 manat, elə həmin partiyanın üzvü Şirvan Soltanov 100 manat cərimə olunub.

Hüquq müdafiə təşkilatı hesab edir ki, polis dinc etiraz aksiyasının dağıdılması zamanı hədsiz güc tətbiq edib.

Saleh Rüstəmov noyabrın 6-dan etibarən əsassız cinayət təqibinə son qoyulması və həbsdən azad edilməsi tələbi ilə aclıq edir. -06Â-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button