2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Saleh Rüstəmovun müdafiəsilə bağlı ictimai kampaniya genişlənir

Bakı/19.11.21 Bir sıra qeyri-hökumət təşkilatlarının, hüquq- müdafiə qruplarının və media orqanlarının rəhbərləri Gədəbəy rayonunun keçmiş icra başçısı, Birinci Qarabağ Müharibəsi veteranı Saleh Rüstəmovun azad edilməsi xahişilə Azərbaycan prezidentinə müraciət ediblər.

Onlar Rüstəmovun Azərabaycanın müstəqilliyi uğrunda hərəkatda, ölkənin ərazi bütövlüyünün qorunmasındakı xidmətlərini, 1992-ci ildə Başkənd əməliyyatında və Gədəbəy rayonunun sərhədyanı kəndlərinin müdafuəsində müstəsna rolunu qeyd edirlər. Həbsdən azad olunması tələbilə 10 gündən artıq davam edən aclıq nəticəsində Rüstəmovun səhhətində ciddi problemlər yaranıb.

“Proseslərin bu cür gedişi onun həyatının real təhlükə altında olduğunu və həyatını itirəcəyi ehtimalını artırır”, – müraciətdə qeyd olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Onlar həmçinin qeyd edirlər ki, Rüstəmovun oğlu 20 ildir böyrək çatışmazlığından əziyyət çəkir.

Müraciət müəllifləri prezidentdən Rüstəmovun cəzasının qalan hissəsini çəkməkdən azad olunmasını xahiş edirlər.

Müraciəti hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Mehriban Zeynalova, Çingiz Qənizadə, media ictimaiyyətinin nümayəndələri Mehman Əliyev, Qulu Məhərrəmli, Arif Əliyev və digərləri (21 nəfər) imzalayıblar.

*Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və ” Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan ali məhkəmə cəza müddətini 2 ay azaldıb. Azadlığa buraxılması tələbilə noyabrın 6-dan müddətsiz aclıq edir.—05D06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button