2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Saleh Rüstəmovun müdafiəsinə həsr olunmuş aksiyada saxlanılan 4 nəfərin aqibəti məlum deyil

Bakı/02.12.21 Dekabrın 1-də Bakının mərkəzində siyasi məhbus Saleh Rüstəmovu azad etmək tələbi ilə keçirilən etiraz aksiyasından sonra polis tərəfindən saxlanılan 4 fəalın aqibəti məlum deyil.

Onlar fəal Rüstəm İsmayılbəyli, Xalq Cəbhəsi Partiyasının üzvləri İlham Hüseyn, Səyad Quliyev və Elxan Əliyevdir. İsmayılbəylinin ailə üzvlərinin sözlərinə görə, o, aksiyada iştirak etməyib, aksiya başa çatdıqdan sonra oraya gedib.

DİN saxlanılan şəxslərlə bağlı şərh vermir.

Saytların yığılması Saytlarin yigilmasi

AXCP-dən Turan-a verilən məlumata görə, polis ümumilikdə 40-dan çox aksiya iştirakçısını saxlayıb, onların əksəriyyəti sərbəst buraxılıb. Bu zaman çoxları polis bölmələrində zorakılığa məruz qalıb.

Ən çox Milli Şuranın üzvü Tofiq Yaqublu xəsarət alıb, o, dəfələrlə döyülüb, üzü eybəcər hala salınıb. 

AXCP üzvü Paşa Dadaşzadənin qolu qırılıb, onlarla digər şəxs də yüngül xəsarət alıb. -06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button