2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Salyan küçələrini bəzəyən 66 yaşlı “ZiM”: Hələ də “cavandır” – VİDEO

“Maybax”, “Buqatti”, “Rolls Royce”, “Ferrari”li dünyamızın ötən əsrində Bakı küçələrini “ZiM”lər bəzəyirdi.

Dövrünün ən prestijli avtomobili oaln “ZiM”ə sahib olmaq hər adama qismət olmayıb. Hazırda salyanlı mərhum ustad Aşıq Pənahdan yadigar qalan “ZiM” avtomobilini şəhərin küçələrində görəndə çoxları ayaq saxlayaraq məhz o illərin nostalgiyasına qapılırlar.

İndiyədək saz vəziyyətdə saxlanılan retro avtomobil alman texnologiyasıdır və bütün hissələri Almaniyanındır. Sadəcə olaraq Rusiyada yığılıb.

Saytların yığılması Saytlarin yigilmasi

El arasında “zimbala” da adlandırılan avtomobilin texnoloji imkanları da maraqlıdır. Uzunluğu 5 metr yarım, eni 2 metrə qədərdir. Çəkisi isə 2 tona çatır. Salonun genişliyi xüsusi komfort yaradır. Sürəti saatda 140 km-ə qədər yüksələ bilir.

Hər kəsin maşın almaq icazəsinin olmadığı bir vaxtda Aşıq Pənahın “ZiM”i xüsusi orqanların onunla maraqlanmasına da gətirib çıxarıb. Bu antikvar avtomobil bu gün milli nömrə ilə qeydiyyatdadır. Aşığın nəsil davamçıları heç vaxt maşını ən yüksək qiymətə belə satmağı qəbul etməyiblər. Çünki Salyanın küçələrində hər kəs bu “ZiM”i görən kimi ustad Aşıq Pənah yada düşür, onun sənəti də, ona bağlı xatirələr də yada salınır.

 

24 saat” “Salyan küçələrini bəzəyən 66 yaşlı “ZiM”: Hələ də “cavandır” – VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button