Gündəm

Salyanda Mərkəz direktoru barəsində cinayət işi başlanıb


Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru barəsində cinayət işi başlanıb.

Bu barədə bu gün, yanvarın 23-də Baş Prokurorluq məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abuşov-un hərəkətləri barədə toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmıb. Söhbət Azərbaycan Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrindən gedir.

“Aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə İntiqam Abuşovun COVİD-19 pandemiyası ilə əlaqədar rəhbərlik etdiyi Mərkəzdə işləyən həkim heyətinə əlavə hesablanan əmək haqlarının bir qismini qeyri-qanuni yolla onlardan tələb edərək almasına əsaslı şübhələr müəyyən edilmişdir”, məlumatda yazılıb.

Məlumata görə, bundan başqa, onun 2013-2020-ci illər ərzində müxtəlif məbləğlərdə pul vəsaitini şəxsən və ya vasitəçidən istifadə etməklə onlardan rüşvət qismində almasına da əsaslı şübhələr müəyyən edilib.

Hələlik, bu açıqlamaya Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abuşov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button