2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Salyanın başçısı oğlu, qızı, yeznələri və qayınatasına nələr bağışlayıb? – SİYAHI

Salyanın icra başçısı Sevindik Hətəmov Güzdəkdə daş karxana biznesini genişləndirir. Bu barədə 24saat.org-a daxil olan xəbərə görə, onun “karyer” biznesini yaxınları idarə edir.

Məlumatda deyilir ki, S.Hətəmovun ilk məşğuliyyəti və yüksəlişi daş karxanası ilə bağlı olub. Sonra deputat, sonra isə icra başçısı olub.

Hazırda onun Qaradağ rayonu ərazisində 10 daş karxanası və üzlük daş istehsal edən bir neçə sexi var. Bundan əlavə, Salyan rayonu ərazisində 4 balıqçılıq gölünü onların sahiblərindən zorla alaraq özünə məxsuslaşdırıb. Hətəmovun əsas siyasi dayağı Sumqayıtın icra başçısı Zakir Fərəcovdur.

Saytların yığılması Saytlarin yigilmasi

İcra başçısı bir qohumunu belə vəzifəsiz qoymayıb. Bacısı Nəsilənin əri Fərruxu Bakı şəhərində yerləşən Laçın köçkün məktəbinin direktoru təyin etdirib.

Digər bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Oktayın oğlu Cəmil Məmmədovu Sumqayıt şəhərində Hərbi Prokurorluğa işə düzəldib.

24saat.org saytı xəbər verir ki, media üzərindən yayılan xəbərlərə görə, Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iri-buynuzlu və 1400 baş xırda-buynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb.

Həmin heyvandarlıq fermasına sahibkarı kimi qayınatası Cənnət kişinin adına rəsmiləşdirib. Hətta həmin ferma üçün Sahibkarlıq Kömək Milli Fondundan xeyli kredit Cənnət kişinin adına ayrılıb.Bakıda İnqilab küçəsində “milyonerlər” məhəlləsində bacısı Lətifənin adına 4 mərtəbəli villa alıb.

Oğlu Xətainin öz şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinə müavin vəzifəsinə təyin etdirib.

Qızı Günayı isə Neftçilər xəstəxanasında UZİ aparatı üzrə həkim vəzifəsinə yerləşdirib. “Nabranda” möhtəşəm bir istirahət mərkəzi yeznəsi Oktayın adına alıb.

Bakının mərkəzində Sevindik Hətəmovun 8 yerdə topdansatış mağazalar şəbəkəsi var. Yasamal Rayonunun Bakı Dövlət Universiteti yaxınlığında “Meqa-Siti” yaşayış kompleksində ikisi 4, üçüsə 3 otaqdan ibarət 5 mənzili alıb.

Kompleksdə yerləşən “İdman-sağlamlıq” mərkəzini də bacısı Nəcibənin adına almış və icarəyə verib. Həmin yaşayış Kompleksi ilə üzbəüz son model gözəllik salonu da Sevindik Hətəmova məxsus obyektlərdən biridir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button