Loading...
Loading...
ÖLKƏ

Salyanın icra başçısının oğlu ilə bağlı şok iddia – Savash.org


Həmzə Kərimovun Şirvanda və Rumıniyada Gülən məktəblərinə himayədarlıq etdiyi iddia olunur

SOCAR-ın Rumıniyadakı nümayəndəsi, Salyan rayon İcra Hakimiyyəti başçısı Tahir Kərimovun oğlunun adı daha bir qalmaqala qarışıb. Savash.org Azerinews.tv-yə istinadən xəbər verir ki, oğul Kərimovun adının qarışdığı məsələ nurçularla yaxın əlaqədə olmasıdır.

Mənbənin iddiasına görə, icra başçısının oğlu xeyli əvvəldən ”gülənçi”lərin təsiri altına düşüb. Onun əldə etdiyi bir sıra uğurlu karyeranın da məhz nurçuların sayəsində mümkün olduğu deyilir. Məlumatda vurğulanır ki, Həmzə Kərimova yaradılan həmin imkandan dolayı, o da qarşı tərəfə borclu qalmayıb. Belə ki, hazırda Şirvan şəhərində fəaliyyət göstərən Türk Litseyinin məhz onun himayəsində olduğu deyilir. Hətta iş o şəddədir ki, Salyanda bütün məmurlar öz uşaqlarını həmin litseydə oxutdururlar.

Azerinews.tv-yə daxil olan bir başqa məlumatda isə deyilir ki, Həmzə Kərimov təkcə Şirvandakı türk litseyinə deyil, həmçinin Rumıniyada da bir neçə belə litseyləri himayə edir. İddialara görə, icra başçısının oğlu gülənçilərlə iç-içə olduğundan bu addımları ataraq, onların sayəsində daha böyük bir karyera qazanmaq barədə düşünür.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Savash.org

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button