2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Samara sakinləri benzinə görə soyundular

Bazar ertəsi Samarada (Rusiya) yanacaqdoldurma məntəqəsində yanacaq çənini tam doldurmaq istəyənlər üçün qeyri-adi aksiya keçirilib.

Oxu.Az “micccp.com”a istinadən xəbər verir ki, şərtlər yetərincə sadə və hamı üçün eyni olub.
Yanacağı yalnız qızlar deyil, həm də oğlanlar doldura bilərdilər, amma eyni şərtlər altında!
1. Yanacaqdoldurma məntəqəsinə bikini (minidə də olar) və hündürdaban ayaqqabıda gəlmək;
2. Məntəqə işçilərinin, boyfrend/ər/arvadın yardımından istifadə etmədən (yəni müstəqil şəkildə) yanacaq tapançasını çənə yerləşdirmək;
3. Kassaya yaxınlaşıb məntəqənin nömrəsini, yanacağın markasını və gülümsəyərək – TAM DOLDUR!!! demək.

Saytların yığılması Saytlarin yigilmasi
Aksiya üç saat davam edib. Start, Diqqət… Getdik! Növbə uzun olub…


İlk müştəri…


Aksiya üzrə iki məntəqə (№1 və №2) işləyib. Benzin bulaq deyil, çay kimi axıb.


Avtomobillərin arxasında əsasən kişilər olub, onlar öz gözəllərini “işə” göndərirdilər.


Sonsuz gözəllik axınını görən və məntəqədə qəhvə içməyə oturan bəzi kişilər isə bir deyil, bir neçə fincan sifariş etməli olublar.


Bu mənzərədən sonra anladım ki, yorulmadan yalnız alova, suya və ulduzun bərq vurmasına deyil, eləcə də sevgilinin yanacaq doldurmasına da baxmaq olar.


Dəbdəbəli maşınlarda gələn tənha xanımlar da var idi.

Ata oğlunun fikrini yayındırır, ana isə ailə maşınını “yedizdirir”.

At sürdüyü bilinir. Belə ki, avtomobilin çəninə tapançanı yerləşdirmək üçün çox əziyyət çəkdi…

Rəfiqəsi özünü itirmədi, ona yardıma can atdı…

Beş dəqiqə və çən doldu…


Qızlardan biri şərti pozaraq damalı köynəkdə çəni doldurmağa cəhd etdi…

Amma hakimlər bu cəhdin qarşısını aldılar və köynək avtomobilin salonunda qaldı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button