2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şamaxıda sürüşmə aktivləşib, qəzalı evlər var

”Atmosfer yağıntıları intensiv olduqda sürüşmə prosesləri aktivləşir”

Saytların yığılması Saytlarin yigilmasi

“Şamaxıda sürüşmənin dinamikasında ciddi aktivlik var”, – bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O, Şamaxı şəhərinin 48A məhəlləsində bir neçə ay bundan əvvəl sürüşmə, oturma hadisələrini xatırladıb. Bildirib ki, hazırda həmin sürüşmənin dinamikasında ciddi artım qeydə alınıb: 

“Son günlərdə qədim sürüşmə sahəsi olan Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində də yenə uçqun hadisələri baş verib. Hazırda yolu təmizləyiblər, nəqliyyat vasitələri işləyir”.

Əziz Qaralov deyib ki, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyi də sürüşmə ərazisidir: 

“Son günlər sahədə sürüşmə prosesi aktivləşib, nəticədə uçqun və çöküntü hadisələri qeydə alınıb. Həmin ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib”.

Onun sözlərinə görə, Ağsu aşırımında yerləşən Salyan sürüşmə sahəsində də aktivlik başlayıb: 

“Şamaxı rayonu Qaravəlli kəndində sürüşmə sahəsi mövcuddur, orada da müəyyən aktivlik qeydə alınıb. Şamaxının Muğanlı sürüşmə sahəsi qədimdir. Orada atmosfer yağıntıları intensiv olduqda sürüşmə prosesləri aktivləşir. Ötən il ərazidə 60-dan çox evin sakini köçürülüb, həmin ərazisdə də yenə aktivlik qeyd olunub”.

Mütəxəssisin sözlərinə görə, Çuxuryurd avtomobil yolunda, Mədrəsə kəndi ərazisində də aktivlik müşahidə edilib: 

“Hazırda Şamaxıda qəzalı vəziyyətdə olan evlər var. Kütləvi şəkildə hamının köçürülməsi mümkün deyil. Həmin evlərin çoxu sürüşmə prosesindən deyil, köhnə konstruksiya ilə tikilməsi səbəbindən qəzalı vəziyyətə düşüblər. Çünki sular birbaşa bünövrəyə axır”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button